Azərbaycanda ilk dəfə: Aquatlon üzrə ölkə çempionatı - FOTO

Xəbərlər
15 İyun 2025 16:20
61
Azərbaycanda ilk dəfə: Aquatlon üzrə ölkə çempionatı - FOTO

Şuraabadda yerləşən "Blueplanet Kite Beach Hotel"də Azərbaycanın idman tarixində ilk dəfə olaraq Aquatlon üzrə ölkə çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, yarış Azərbaycan Triatlon Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Alufar şirkətinin baş sponsorluğu ilə baş tutub.

Yarışda respublikanın müxtəlif bölgələrindən və klublarından olan 160 idmançı öz gücünü sınayıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionat həm iştirakçılar, həm də tamaşaçılar üçün yaddaqalan idman bayramına çevrilib.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd ölkənin regionlarında triatlon idman növünü tanıtmaq və onun kütləviləşməsinə dəstək verməkdir.

Aquatlon üzrə Azərbaycan çempionatının qalibləri:

2015-2013-cü illər
Qızlar

1. Novotorjona Veronika
1. Levçenko Ameliya
2. Hüseynli Rəna
3. Zülfüqarova Mehri

Oğlanlar
1. Mirzəyev Eldar
2. Belousov Daniyal
3. Əskərov Raul

2012-2010-cu illər
Qızlar

1. Mainitckaia Margarita
2. Nəzərli Xədicə
3. Nuri Kübra

Oğlanlar
1. Mahmudov Raul
2. Mərdanlı Fərhad
3. Həsənli Nihad

2009-cu il və yuxarı
Qızlar

1. Abduləzizova Leyla
2. Xəlilova Milanə
3. Dadaşzadə Leyla

Oğlanlar
1. Rzazadə Əli
2. Məmmədli Toğrul
3. Musayev Tamerlan

Həvəskarlar
Fərdi - qadınlar

1. Mordasova Nataliya
2. Orucova Rabiyə
3. Dubentsova Yelena

Fərdi - kişilər
1. Nəsibov Elşad
2. Davydov Vitali
3. Həmziyev Təmkin

Estafet - qadınlar
1. Xəlilova İrina-Kuznetsova Tatyana
2. Maqdiyeva Nailə-Ağayeva Aleksandra
3. Əliyeva Elen-Olyenikova Marina

Estafet - kişilər
1. Abışov Elman-Məmmədov Cəfər
2. Cəbrayılov Samir-Arkaniya Zaur
3. Salahov Vüqar-Mikayılzadə Musa

Estafet - qarışıq
1. Mainitckaia Olga-Mainitskiy Egor
2. Patroo-Zoobin-Aslanova Mədinə
3. Süleymanov Cəlal-Rəcəbli Natali

İdman.biz