Triatlonçumuz Dünya Kubokunda mübarizə aparacaq

Xəbərlər
10 Oktyabr 2023 17:46
Triatlonçumuz Dünya Kubokunda mübarizə aparacaq

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Çinə yollanıb.

İdman.biz xəbər verir ki, iki dəfə Olimpiadada iştirak edən idmançı 3-cü dəfə Oyunlara lisenziya əldə etmək məqsədi ilə Çenduda keçiriləcək Dünya Kubokunda iştirak edəcək.

Kişilərin reytinqində olan 56 iştirakçı yarışda qalib adı uğrunda mübarizə aparacaq.

Pevtsov üçün Çendu ən uğurlu məkandır. Triatlonçu orada artıq bir dəfə analoji yarışda qalib gəlib, üç dəfə isə ikinci olub.

Zəki Feyzullayev

İdman.biz