Triatlonçularımız Rusiyada qızıl medal qazanıblar - FOTO

Xəbərlər
9 Oktyabr 2023 08:49
Triatlonçularımız Rusiyada qızıl medal qazanıblar - FOTO

Rusiyada triatlon üzrə “Ironstar sprint Sochi Sirius 2023” yarışı keçirilib.

İdman.biz xəbər verir ki, turnirdə Azərbaycan triatlonçuları Toğrul Məmmədli və Kseniya Voronina qızıl medal qazanıblar.

Yığma üzvü Toğrul Məmmədli 16-24 yaş qrupları arasında 1-ci, kişilər arasında mütləq kateqoriyasında isə 9-cu yeri tutublar.

Kseniya Voronina 16-24 yaş kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Triatlonçumuz qadınlar arasında mütləq kateqoriyasında isə 3-cü yerə çıxıb.

İdman.biz