Triatlonçuların beynəlxalq təqvimi açıqlanıb

Xəbərlər
19 Yanvar 2024 18:18
Triatlonçuların beynəlxalq təqvimi açıqlanıb

2024-cü ildə keçiriləcək triatlon üzrə beynəlxalq yarışların təqvimi bəlli olub.

İdman.biz xəbər verir ki, cədvəli Dünya Triatlonu açıqlayıb.

Napyer (Yeni Zelandiya, 22-24 fevral), Honkonq (22-24 mart), Lieven (Fransa, 30 mart) və Vollonqonqda (Avstraliya, 20-21 aprel) keçiriləcək Dünya Kuboku yarışları Olimpiadaya vəsiqə uğrunda mübarizənin bir hissəsi olacaq. Paris-2024 Yay Olimpiya Oyunlarına seçim mayın 27-də başa çatacaq.

Fransa paytaxtına vəsiqəyə Azərbaycan idmançısı Rostislav Pevtsov da iddia edir. Bunadək iki Olimpiadada çıxış edən təmsilçimiz hazırda reytinqdə 45-cidir.

Qeyd edək ki, il ərzində ümumilikdə dünya kuboku çərçivəsində 16 yarış keçiriləcək. Həmçinin 5 mərhələdən ibarət Dünya seriyası və İspaniyanın Malaqa şəhərində təşkil olunacaq finalı baş tutacaq.

İdman.biz

Məqalədə: