“Qarabağ”ın Çempionlar Liqasındakı daha üç rəqibi bəlli olub

Xəbərlər
13 May 2024 09:24
2 012
“Qarabağ”ın Çempionlar Liqasındakı daha üç rəqibi bəlli olub

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha üç mümkün rəqibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Hamrun”, “Selye” və “Santa Koloma” ilə qarşılaşa bilər.

Andorrada çempionluq yaşayan sonuncular I təsnifat mərhələsində səpələnməmişlərdən olacaq. Malta və Sloveniya çempionları bu titulu xeyli əvvəl qazansalar da, hansı səbətdə yer alacaqları yeni müəyyənləşib.

Buna bir neçə ölkədə qızıl medalların sahibini tapması səbəb olub. Andorradan başqa, Bolqarıstanda “Lüdoqorets”, Makedoniyada “Struqa”, Moldovada “Petrokub” titula sahib çıxıb. Bolqarıstan klubu “Qarabağ” kimi səpələnmişlər sırasına düşüb. Digər iki komandanın səbəti dəqiqləşməyib.

Andorra, Malta və Sloveniya çempionları "Qarabağ"ın mümkün rəqiblərinin sayını 9-a çatdırıb. Bunadək "Virtus", "Panevejis", "Ordabası", Minsk “Dinamo”su, “Larne” və "Vikinqur"un da bu səbətdə yer alacağı dəqiqləşib.

I təsnifat mərhələsi
Səpələnmişlər

"Ferensvaroş" (Macarıstan)
"Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya)
“Lüdoqorets” (Bolqarıstan)
HİK (Finlandiya)
"Flora" (Estoniya)
"Styaua" (Rumıniya)
"Klaksvik" (Farer adaları)
"Şemrok Rovers" (İrlandiya)
“Linkoln” (Cəbəllütariq)
TNS (Uels)

Səpələnməmişlər
"Selye" (Sloveniya)
"Hamrun" (Malta)
"Larne" (Şimali İrlandiya)
"Dinamo" (Minsk, Belarus)
"Panevejis" (Litva)
"Ordabası" (Qazaxıstan)
"Vikinqur" (İslandiya)
“Santa Koloma” (Andorra)
"Virtus" (San-Marino)

Qeyri-müəyyənlər
RFS (Latviya)
"Dinamo" (Batumi, Gürcüstan)
“Petrokub” (Moldova)
“Struqa” (Makedoniya)

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq. İlk iki raundun püşkü iyunun 18-19-da atılacaq.

İdman.biz

Məqalədə: