Çempionlar Liqasının əsas mərhələsinin birinci turunda “Barselona”nın “Kamp Nou”da “Feyenoord”u 5:1 hesabı ilə darmadağın etməsindən sonra Hansi Flik Lamin Yamalın “Qızıl top”u qazanmağa layiq olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, Flik Yamalı müstəsna və oyunçu kimi xarakterizə edib.
“Yamal və “Qızıl top”? Əlbəttə, o, mənim oyunçumdur, “Barselona”nın futbolçusudur və mən də düşünürəm ki, o, “Qızıl top”u qazanmağa layiqdir”, – deyə Flik qeyd edib.
“Ona görə də mənim üçün bu, əladır, o, müstəsna oyunçudur. Bunu hər matçda görmək olar. O, xüsusidir.
Heç kim onun kimi deyil və düşünürəm ki, o, buna layiqdir”, – deyə Flik əlavə edib.
Qeyd edək ki, “Qızıl top”un sahibi oktyabr ayında müəyyənləşəcək, Lamin Yamalın adı da mükafatın 30 nəfərlik namizədlər siyahısındadır.
