“Olimpiakos”da ispan məşqçilər bir-birini əvəzlədi

10 Sentyabr 2026 04:47
75
“Olimpiakos”da ispan məşqçilər bir-birini əvəzlədi

Yunanıstanın “Olimpiakos” futbol klubunun rəhbərliyi komandaya yeni baş məşqçi təyin edib.

İdman.Biz xəbər verir ki, İmanol Alquasil bu postda həmvətəni Xose Luis Mendilibarı əvəzləyib.

Alquasil sentyabrın 10-da komanda ilə işə başlayacaq və ilk məşqini keçirəcək.

İspan mütəxəssis karyerasının əsas hissəsini “Real Sosyedad”la bağlayıb. Alquasil San-Sebastiyan klubunun yetirməsidir. O, burada futbolçu kimi çıxış edib, sonradan isə məşqçi kimi çalışıb.

O, 2018–2025-ci illərdə “Real Sosyedad”ın əsas komandasına rəhbərlik edib və onun sükanı arxasında 339 matç keçirib. Mütəxəssisin əsas nailiyyəti 2019/20 mövsümündə İspaniya Kubokunu qazanması olub.

Alquasilin son iş yeri 2026-cı ilin fevralında tərk etdiyi Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubu olub.

İdman.Biz