“Barselona”nın futbolçusu Rafinya Dias Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda “Feyenoord” üzərində qazanılan 5:1 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu görüşdə dubl edib.
“Azarkeşlərimizin önündə həmişə demək olar ki, ideal futbol göstərmək lazımdır. Əvvəldən çox yaxşı oynayırdıq. Şanslarımız var idi və qol vura bilərdik”, – deyə Rafinya bildirib.
Forvard vurğulayıb ki, belə inamlı başlanğıc komandaya əlavə əminlik qatır.
“Mövsüm çox uzundur, orada yaxşı və pis anlar olur. Mövsümə belə başlamaq inam verir. Biz bu ruhda davam etmək və pis dövrləri minimuma endirməyə çalışmaq istəyirik”, – deyə o əlavə edib.
“Barselona” Çempionlar Liqasında növbəti matçını oktyabrın 13-də “Qalatasaray”a qarşı keçirəcək.
Qeyd edək ki, kataloniya klubu Çempionlar Liqasının ümumi mərhələsində Bakının “Sabah” klubunun rəqibidir. Komandalar noyabrın 25-də Bakıda qarşılaşacaqlar.
