Triatlonçumuz ilə Dünya Kuboku ilə başlayacaq

Xəbərlər
10 Yanvar 2024 10:30
Triatlonçumuz ilə Dünya Kuboku ilə başlayacaq

Azərbaycan millisinin triatlonçusu Rostislav Pevtsov ilin ilk yarışına Honq Konqda keçiriləcək Dünya Kubokunda start verəcək.

İdman.biz xəbər verir ki, Olimpiya lisenziya xalı verəcək turnir martın 24-də başlayacaq.

İdmançımız burada uğurlu çıxış sayəsində Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə şansını bir qədər də artıracaq.

Qeyd edək ki, ikiqat Olimpiya iştirakçısı hazırda Türkiyənin Alaniya şəhərində təlim-məşq toplanışındadır.

İdman.biz