Rostislav Pevtsov: “Olimpiya Oyunlarına hazırlıq başlayıb”

Xəbərlər
7 Yanvar 2024 16:16
Rostislav Pevtsov: “Olimpiya Oyunlarına hazırlıq başlayıb”

Azərbaycan milli komandasının triatlonçusu Rostislav Pevtsov yeni mövsümə Türkiyənin Alaniya şəhərində hazırlaşır.

İdman.biz xəbər verir ki, idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

İkiqat Olimpiya iştirakçısı bildirib ki, dekabrın ortalarında fiziki hazırlığını və dözümlüyünü daha da artırmaq məqsədilə məşqlərinə start verib: “Artıq 2024-cü ilin ilk həftəsi başa çatır. Olimpiya Oyunlarına hazırlıq başlayıb”.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü üçüncü dəfə Olimpiadada iştiraka yaxındır.

İdman.biz