Ölkəmizdə keçirilən “IronWind”də qaliblər bəlli olub

Xəbərlər
9 İyun 2025 23:40
54
Ölkəmizdə keçirilən “IronWind”də qaliblər bəlli olub

Pirallahıda yerləşən Nərəkənd parkında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası, Azərbaycan Triatlon Federasiyası və “Triterra” Triatlon Klubunun təşkilatçılığı ilə “IronWind” beynəlxalq triatlon yarışı baş tutub.

İdman.biz xəbər verir ki, yarışda ümumilikdə 15 ölkədən 108 idmançı iştirak edib.

Onlar 1.9 km üzgüçülük, 90 km velosiped sürmə və 21 km qaçışdan ibarət məsafəni qət ediblər.

Kişilər arasında Aleksandr Mordasov (Ukrayna), Toğrul Məmmədli (Azərbaycan) və Roman Qlavatski (Ukrayna) qalib gəliblər. Qadınlar arasında isə Alyona Puçkina (Qırğızıstan), Nataliya Vallek və Rəbiyyə Orucova (hər ikisi Azərbaycan) fərqləniblər.

İdman.biz