Gənclər və idman naziri Fərid Qayıbov Dünya Şaquli Qaçış Assosiasiyasının prezidenti Daniel Cecetkanı qəbul edib.
İdman.biz xəbər verir ki, görüş zamanı şaquli qaçış idman proqramının ölkəmizdə inkişafı, bu sahədə görülən işlər və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin gənclərin bu idman növünə cəlb olunması istiqamətində birgə tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə “Triterra” Triatlon Klubunun təsisçisi Rüfət Həsənov da iştirak edib.
İdman.biz