Dünya kuboku: İki şahmatçımız 1/32 finalda mübarizəyə başlayır

Xəbərlər
9 İyul 2025 09:33
1 062
Dünya kuboku: İki şahmatçımız 1/32 finalda mübarizəyə başlayır

Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, bu gün keçiriləcək 1/32 finalda Azərbaycan millisinin 2 şahmatçısı lövhə arxasına keçəcək.

Qrossmeysterlərimizdən Ülviyyə Fətəliyeva yerli Lela Cavaxişvili ilə, Gülnar Məmmədova Polina Şuvalova (FİDE) ilə görüşəcək.

Qeyd edək ki, Gövhər Beydullayeva və Xanım Balacayeva Dünya kubokunun ilk mərhələsində mübarizəni dayandırıblar.

İdman.biz