Madriddə Dünya kubokunun Bakıda təşkili müzakirə olunub

Xəbərlər
21 Mart 2024 17:34
Madriddə Dünya kubokunun Bakıda təşkili müzakirə olunub

Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə Madriddə Dünya Triatlonu təşkilatının prezidenti Marisol Casado və baş katibi Antonio Arimany ilə görüşüb.

İdman.biz xəbər verir ki, görüşdə ölkəmizdə triatlonun inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Beynəlxalq qurumun bu il ölkəmizdə triatlon məşqçiləri üçün seminar keçirməsi ilə bağlı razılıq əldə olunub.

Müzakirələrin əsas mövzusu 2025-ci ildə triatlon üzrə Dünya kubokunun Bakıda təşkil edilməsi olub.

İdman.biz