Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı məlum olub - FOTO/VİDEO

5 Sentyabr 2026 13:28
118
Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı məlum olub - FOTO/VİDEO

Bakıda təşkil olunan “IRONMAN 70.3” triatlon yarışında ilk qalib müəyyənləşib.

İdman.Biz xəbər verir ki, xorvatiyalı Matey Jukiç bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb.

O, üzgüçülük, velosiped və qaçışdan ibarət ümumilikdə 113 kilometrlik məsafəni 4 saat 1 dəqiqə 20 saniyəyə tamamlayıb.

Qeyd edək ki, yarışa 62 ölkədən 1500-dən çox iştirakçı qatılıb. “IRONMAN 70.3 Baku” yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-də keçiriləcək “IRONMAN 70.3” triatlon üzrə dünya çempionatına vəsiqə qazanacaq.

Xatırladaq ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.

İdman.Biz