Triatlon üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO

Xəbərlər
12 Oktyabr 2025 14:11
45
Triatlon üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO

Pirallahı qəsəbəsində yerləşən Nərəkənd parkında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılğı ilə Triatlon üzrə ölkə çempionatı keçirilİB.

İdmanşBiz xəbər verir ki, müxtəlif yaş qruplarından olan 100-dən çox idmançının iştirak etdiyi bu mötəbər yarış həm peşəkar, həm də yeniyetmə triatlonçular üçün əsl idman bayramına çevrilib.

İştirakçılar Xəzər dənizinin sularında üzərək, Pirallahının unikal təbiəti fonunda bacarıqlarını nümayiş etdiriblər.

Yarışda uşaqlar super sprint məsafəsində güclərini sınayıblar – 375 metr üzgüçülük, 8 km velosiped və 2 km qaçış.

Böyüklər isə sprint məsafəsində mübarizə aparıblar – 750 metr üzgüçülük, 20 km velosiped və 5 km qaçış.

Gərgin idman mübarizəsinin qalibləri:

Kişilər:
1-ci yer – Rzazadə Əli
2-ci yer – Musayev Tamerlan
3-cü yer – Atakişiyev Tural

Qadınlar:
1-ci yer –Abduləzizova Leyla
2-ci yer – Klara Maresçova

Mükafatları Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin sektor müdiri Aslan Salahzadə, Azərbaycan Triatlon Federasiyasının Baş Katibi Seymur Hüseyinov, mətbuat katibi Sənubər İmanova, Triatlon üzrə milli komandanın baş məşqçisi Oleksandr Mordasov, yarışın baş hakimi Balaheydər Kərimov və “Trikids Baku” triatlon klubunun direktoru Nurəli Məmmədov təqdim edib.

Qaliblərə yarışın baş sponsoru ALUFAR tərəfindən pul mükafatı verilib.

İdman.Biz