Novak Cokoviç Andre Aqassinin rekorduna şərik olub

Xəbərlər
3 İyul 2025 23:12
47
Novak Cokoviç Andre Aqassinin rekorduna şərik olub

"Böyük Dəbilqə" yarışlarının 24 qat qalibi Novak Cokoviç Uimbildon Open-2025-də növbəti tarixi uğura imza atıb.

İdman.biz xəbər verir ki, serbiyalı tennisçi analoji turnirlərdə 50-ci dəfə setdə rəqibinə xal vermədən qazanıb.

Cokoviç bu göstəricidə amerikalı Andre Aqasinin rekorduna şərik olub. 38 yaşlı Novak ikinci mərhələdə britaniyalı Deniel Evansı 6:3, 6:2, 6:0 hesabları ilə məğlub edib. Avstraliyalı Roy Emerson 47, isveçrəli Roje Federer isə 46 dəfə "sıfırla" qalib gəlib.

Qeyd edək ki, Cokoviç növbəti oyunda həmterlisi Miomir Kesmanoviçlə qarşılaşacaq.

İdman.biz