Yannik Sinner "Böyük Dəbilqə" yarışlarında ardıcıl 19-cu qələbəsini qazanıb.
İdman.biz xəbər verir ki, italiyalı tennisçi bunu bacaran 9-cu raketka ustası olub.
Sinner Rollan Qarrosun 1/4 finalında Aleksandr Bublikə (Qazaxıstan) 3:0 hesabı ilə qalib gəlib - 6:1, 7:6, 6:0. Yannikdən əvvəl bu nəticəyə serbiyalı Novak Cokoviç, isveçrəli Rocer Federer, ispaniyalı Rafael Nadal, avstraliyalı Lod Leyver, isveçli Byorn Borq, amerikalılar Cimmi Konnors, Con Makinroy və Pit Sampras imza atıblar.
Qeyd edək ki, Sinner "Böyük Dəbilqə"də sonuncu dəfə Uimbildon-2024-ün 1/4 finalında Daniil Medvedyevə (Rusiya) uduzub. Bundan sonra italiyalı tennisçi US Open-2024 və Australian Open-2025 turnirlərini qalib başa vurub.
İdman.biz