Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Qaxda fəaliyyət göstərən "Kürmük" klubunun təlim-məşq mərkəzində olub.
İdman.biz xəbər verir ki, klubun məşqçi müəllimləri İlkin Əfəndiyev və Ruslan Babaşov buradakı mövcud şəraitlə bağlı Firdovsi Umudova məlumat veriblər.
Bildirilib ki, 2022-ci ildən istifadəyə verilən zalda 40-a yaxın yeniyetmə ağırlıqqaldırma idman növü ilə məşğul olur.
Firdovsi Umudov bölgələrimizdə böyük idmançı potensialının olduğunu və bu imkanlardan maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb.
Qeyd edək ki, AAF vitse-prezidentinin yaxın günlərdə digər bölgələrə səfəri də nəzərdə tutulub.
İdman.biz