Novak Cokoviç dünyanın bir nömrəli raketkasına qarşı

Xəbərlər
5 İyun 2025 02:29
56
Novak Cokoviç dünyanın bir nömrəli raketkasına qarşı

Rollan Qarrosda kişi tennisçilərin mübarizəsində bütün yarımfinalçıların adlarına aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, 1/4 finalın son görüşündə Novak Cokoviç Aleksandr Zverevi məğlub edib.

Serbiyalı tennisçi ilk setdə uduzsa da, geri dönüş edə bilib - 3:1 (4:6, 6:3, 6:2, 6:4). Cokoviç yarımfinalda hazırda dünyanın bir nömrəli raketka ustası olan Yannik Sinnerlə (İtaliya) qarşılaşacaq.

Yarımfinalın digər cütündə Lorentso Musetti (İtaliya) ilə Karlos Alkaras (İspaniya) üz-üzə gələcəklər.

Qeyd edək ki, yarımfinallar ayın 6-da, final isə 8-də keçiriləcək.

İdman.biz