Rollan Qarrosda qadınların mübarizəsində finalçılar bəlli olub.
İdman.biz xəbər verir ki, həlledici oyunda Arina Sabalenka (Belarus) və Koko Qauff (ABŞ) qarşılaşacaqlar.
Belaruslu tennisçi yarımfinalda polşalı rəqibi İqa Şvyontekə qalib. Qarşılaşma 3 set davam edib - 7:6 (7:1), 4:6, 6:0.
Qauff isə turnirin sürpriz tennisçi Lois Buassonla görüşdə çətinlik çəkməyib. O, hər iki setdə çətinlik çəkmədən qalib gəlib - 6:1, 6:2.
Qeyd edək ki, şənbə günü keçiriləcək finalda dünya reytinq cədvəlində 1-ci və 2-ci pillələrdə qərarlaşan tennisçiləri üz-üzə gələcəklər.
İdman.biz