Padel tennis üzrə Bakı birinciliyində 24 idmançı çıxış edib

Xəbərlər
1 İyun 2025 23:45
56
Padel tennis üzrə Bakı birinciliyində 24 idmançı çıxış edib

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən padel tennis üzrə Bakı birinciliyinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Bakı Tennis Akademiyasında ilk dəfə təşkil olunan yarışda həm kişi, həm qadın idmançılar mübarizə aparıb.

28 May Müstəqillik Gününə həsr olunan birincilikdə 24 idmançı çıxış edib.

Üç gün davam edən yarışın sonuncu günündə final görüşləri keçirilib.

Qadın idmançıların mübarizəsində Yelizaveta Sokolova və Rima Kərimli birinci, Leyla Almisakova və Marison Qarsiya ikinci, Mehin Qocayeva və Zərif Süleymanova cütü isə üçüncü olub.

Kişilərin yarışında birinci yeri Yusif Rzayev və İlyas Həsənli, ikinci yeri Rəsul Qocayev və Qleb Pivovarov, üçüncü yeri isə Fərid Dadaşov və Elman Ələsgərov cütü tutub.

İdman.biz