Novak Cokoviç Rollan Qarrosda 100-ə çatıb

Xəbərlər
2 İyun 2025 22:31
77
Novak Cokoviç Rollan Qarrosda 100-ə çatıb

Serbiyalı tennisçi Novak Cokoviç Rollan Qarrosda 100-cü qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, "Böyük Dəbilqə" yarışlarının 24 qat qalibi 1/8 finalında Kemeron Norriyə (Böyük Britaniya) qalib gəlib.

Cokoviç hər üç setdə rəqibindən güclü olub (6:2, 6:3, 6:2). Novak Fransa Açıq çempionatında yalnız Rafael Nadaldan geri qalır. İspaniyalı tennisçi Rollan Qarrosda 112 qələbə qazanıb və 14 titul əldə edib.

Qeyd edək ki, Novak Cokoviç 1/4 finalda almaniyalı Aleksandr Zverevlə qarşılaşacaq.

İdman.biz