42 oyunda 40-cı qələbə

Xəbərlər
3 İyun 2025 23:59
63
42 oyunda 40-cı qələbə

Polşalı tennisçi İqa Şvyontek Rollan Qarrosda tarixi nəticəyə imza atıb.

İdman.biz xəbər verir ki, o, turnirdə keçirdiyi 42 oyunda 40-cı qələbəsini qazanıb.

İqa bu nəticəyə görə yalnız Rafael Nadaldan geri qalib. İspaniyalı tennisçi 40 qələbəsini 41 matçda əldə edib. Polşalı idmançı bu gün turnirin 1/4 finalında Elina Svitolinaya qalib gəlib. O, hər iki setdə qaələbə qazanıb (6:1, 7:5).

Qeyd edək ki, Şvyontek Fransa açıq çempionatında ardıcıl 4-cü mövsümdə yarımfinala yüksəlib.

Rollan Qarrosda 40 qələbəyə ən tez çatan tennisçilər

1. Rafael Nadal (İspaniya) - 41 matç
2. İqa Şvyontek (Polşa) - 42
2. Byorn Borq (İsveç) - 42
4. Kris Evert (ABŞ) - 43
5. Monika Seleş (ABŞ) - 44

İdman.biz