Novakdan sonra Marrey də Uimbldon-2024-dən kənar qalıb

Xəbərlər
23 İyun 2024 16:26
155
Novakdan sonra Marrey də Uimbldon-2024-dən kənar qalıb

Britaniyalı tennisçi Endi Marrey Uimbldon-2024 tennis turnirində iştirak etməyəcək.

İdman.biz xəbər verir ki, 37 yaşlı tennisçi zədə üzündən “Böyük Dəbilqə”dən imtina edib.

Marrey yaxın günlərində kürəyində cərrahiyə əməliyyatı keçirəcək. Bu səbəbdən doğma azarkeşlər qarşısında korta çıxa bilməyəcək.

Daha bir məşhur Novak Cokoviç dizindəki əməliyyat üzündən Uimbldonda çıxış etməyəcək.

Qeyd edək ki, Endi 2013-cü və 2016-cı illərdə turnirin qalibi olub.

İdman.biz