4 ildə 3-cü dəfə

Xəbərlər
8 İyun 2024 18:41
431
4 ildə 3-cü dəfə

“Rolan Qarros-2024” tennis turnirində qadınların yarışında qalib bəlli olub.

İdman.biz xəbər verir ki, həlledici matçda İqa Şvyontek (Polşa) və Yasmin Paolini (İtaliya) qarşılaşıb.

Dünyanın 1 nömrəli tennisçisi İqa çətinlik çəkmədən qalib gəlib. Oyun 6:2, 6:1 hesablı setlərlə bitib. Karyerasında ilk dəfə “Böyük Dəbilqə” yarışında finala yüksələn Paolini titul qazana bilməyib.

Polşalı tennisçi isə son 4 il 3-cü dəfə “Rolan Qarros”un qalibi olub.

İdman.biz