24 dəfə “Böyük dəbilqə” turnirinin qalibi, dünya reytinqinin beşinci pilləsində qərarlaşan serbiyalı tennisçi Novak Cokoviç 2026-cı il ABŞ Açıq çempionatında ikinci mərhələyə yüksələ bilməyib.
İdman.Biz xəbər verir ki, bununla da 39 yaşlı serbiyalı tennisçi səkkiz ildən sonra ilk dəfə Peşəkar Tennisçilər Assosiasiyası (Association of Tennis Professionals) reytinqinin ilk onluğundan kənarda qalacaq.
Hazırkı canlı reytinqdə Cokoviç 11-ci pillədə yer alır. Turnirin ilk mərhələsində dünya reytinqində 49-cu olan argentinalı Mariano Navoneyə beş setdə sensasion şəkildə uduzan (6:7 (5:7), 7:5, 6:4, 2:6, 1:6) Cokoviç 790 xal itirib.
Onun hazırkı canlı reytinq xalı 2980-dir. Novak sonuncu dəfə 2018-ci ilin iyulunda dünyanın ən yaxşı 10 tennisçisi sırasında yer almayıb.
Navonenin ABŞ Açıq çempionatında növbəti rəqibi Matteo Berrettini (İtaliya) – Stan Vavrinka (İsveçrə) matçının qalibi olacaq.
