Cokoviçin başına zərbə

Xəbərlər
11 May 2024 00:51
114
Cokoviçin başına zərbə

Novak Cokoviç Roma tennis turnirində xoşagəlməz hadisə ilə üzləşib.

İdman.biz xəbər verir ki, serbiyalı tennisçi imza verərkən tribunadan atılan plastik su qabına tuş gəlib.

Hadisə fransalı tennisçi Korenten Mute ilə görüşdən sonra baş verib. Su qabı ulduz idmançının başına dəyib. Zərbədən sonra Cokoviç diziüstə çöküb və başını tutub.

Qeyd edək ki, qarşılaşma Novakın 2:0 (6:3, 6:1) hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.biz