Uimbldon-2023-ün qalibi boşanıb: "Alınmadı"

Xəbərlər
23 Aprel 2024 19:35
Uimbldon-2023-ün qalibi boşanıb: "Alınmadı"

Çexiyalı tennisçi Marketa Vondrouşova boşanıb.

İdman.biz xəbər verir ki, bu barədə 24 yaşlı tennisçi özü məlumat verib.

Dünyanın 7 nömrəli raketka ustası boşanmaq üçün bütün detalların razılaşdırıldığını deyib: “Bizdə alınmadı. Hər şeydə razılaşmışıq və boşanmanın rəsmiləşdiririk”.

Marketa 2023-cü ildə Uimbldonda qələbə qazanıb.

Qeyd edək ki, Vondrouşovanın həyat yoldaşı Ştepan Şimek də tennisçi olub.

İdman.biz