Norveçli tennisçidən revanş

Xəbərlər
21 Aprel 2024 19:54
Norveçli tennisçidən revanş

Barselonada keçirilən ATP-500 tennis turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, həlledici oyunda Kasper Ruud (Norveç) Stefanos Tsisipasa (Yunanıstan) qalib gəlib.

Norveçli tennisçi hər 2 setdə rəqibindən güclü olub. Ruud 7:5, 6:3 hesabları ilə qalib gəlib. Kasper 1 həftə əvvəl Monre-Karlo turnirinin finalında uduzduğu Tsisipasdan revanş alıb.

Qeyd edək ki, bu, Ruudun karyerasında ən yüksək kateqoriyalı yarışda ilk uğuru olub.

İdman.biz