Madriddə finalçılar bəlli olub

Xəbərlər
4 May 2024 00:07
106
Madriddə finalçılar bəlli olub

Tennis üzrə Madrid Masters turnirinin finalçıları bəlli olub.

İdman.biz xəbər verir ki, kişilərin mübarizəsində Andrey Rublyov və Feliks Oje-Alyassim qarşılaşacaq.

Rusiyalı tennisçi yarımfinalda amerikalı Teylor Fritsə qalib gəlib. Oje-Alyassim (Kanada) isə 1-ci setdə Jiri Leheçkanın (Çexiya) imtinasından sonra finalçı olub.

Qadınların həlledici görüşündə isə reytinq cədvəlinə başçılıq edən 2 tennisçi - Arina Sabalenka (Belarus) və İqa Şvyontek (Polşa) güclünü müəyyən edəcəklər.

Qeyd edək ki, qadınların finalı bu gün, kişilərdə isə sabah baş tutacaq.

İdman.biz