Əfsanəvi amerikalı tennisçi dörd ildən sonra yenidən “US Open”də yarışacaq
İdman.Biz xəbər verir ki, 44 yaşlı amerikalı “US Open”in qarışıq cütlüklər yarışında ispaniyalı Karlos Alkarasla birlikdə çıxış edəcək.
Bu, Serena Uilyamsın 2022-ci ildən sonra “US Open”də ilk rəsmi iştirakı olacaq. O, Karlos Alkarasla birlikdə turnirə xüsusi dəvət – “wild card” alıb.
Serena “US Open”də qadınların tək yarışında altı dəfə çempion olub. Maraqlıdır ki, o, qarışıq cütlüklərdə turnirin qalibi 1998-ci ildə, Maks Mirnı ilə birlikdə olub. İndi amerikalı 28 ildən sonra həmin kateqoriyada ikinci titulunu qazanmağa çalışacaq.
Uilyams və Alkaras ilk mərhələdə Erin Routliff – Lloyd Qlasspul cütlüyü ilə qarşılaşacaqlar. Turnirin qalibi bir milyon dollar mükafat əldə edəcək.
