Monte-Karlodan sonra Barselonada eyni final

Xəbərlər
20 Aprel 2024 21:42
Monte-Karlodan sonra Barselonada eyni final

Barselonada keçirilən ATP-500 tennis turnirinin finalçıları bəlli olub.

İdman.biz xəbər verir ki, həlledici oyunda Stefanos Tsisipas (Yunanıstan) və Kasper Ruud (Norveç) qarşılaşacaqlar.

Bu, adıçəkilən tennisçilərin son bir həftədə 2-ci finalı olacaq. Monte-Karloda Masters turnirində Tsisipas Ruudu 2 setdə məğlub etməyi bacarıb.

Qeyd edək ki, final matçı sabah 18:00-da start götürəcək.

İdman.biz