İspaniyalı tennisçidən 30 yaşında vida

Xəbərlər
20 Aprel 2024 19:16
İspaniyalı tennisçidən 30 yaşında vida

İspaniyalı tennisçi Qarbinye Muqurusa karyerasını bitirib.

İdman.biz xəbər verir ki, o, 30 yaşında bu addımı atmalı olub.

Muqurusa zədə üzündən ötən ilin böyük hissəsini kortlardan uzaq qalıb. İspaniyalı raketka ustası Australian Open-2023-ün və Lion (Fransa) turnirinin ilkin mərhələsində mübarizəni dayandırıb.

Qarbinye ikiqat "Böyük Dəbilqə yarışlarının qalibi olub. O, "Rollan Qarros (2016) və Uimbildon Opendə (2017) qələbə qazanıb.

Qeyd edək ki, Muqurusa birvaxtlar dünya reytinqində 1-ci olub.

İdman.biz