Nadal onun üçün ölməyə hazırdır

Xəbərlər
17 Aprel 2024 21:46
Nadal onun üçün ölməyə hazırdır

“Böyük Dəbilqə”nin 22 qat qalibi Rafael Nadal Barselona turnirində məğlub olub.

İdman.biz xəbər verir ki, ispaniyalı tennisçi 2-ci mərhələdə mübarizəni dayandırıb.

Nadal avstraliyalı Aleks de Minora uduzub (5:7, 1:6). İspaniyalı tennisçi “Rolan Qarros”da ölməyə hazır olduğunu bildirib: “Əvvəlcə Madrid, sonra Romada irəli daha bir addım atmağa çalışacam. Əgər hər şeyini vermək, hətta ölmək üçün bir turnir varsa, bu? “Rollan Qarros”dur”.

Qeyd edək ki, Nadal Parisdə 14 dəfə kuboku başı üzərinə qaldırıb.

İdman.biz