Azərbaycanda ən güclü tennisçilər bəlli olub

Xəbərlər
13 Aprel 2024 16:22
Azərbaycanda ən güclü tennisçilər bəlli olub

Tennis üzrə Azərbaycan birinciliyi başa çatıb.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında keçirilən yarışda müxtəlif yaş kateqoriyalarında 46 idmançı mübarizə aparıb.

8-10 yaşlı oğlanlar arasında 1-ci yeri Heydər Əsgərəlizadə, 2-ci yeri Daniil Morozkov, 3-cü yeri Anar Şahkərimov tutub. 11-12 yaşlı oğlanlarda Murad Behbud, Cavid Məmmdəli, Raul Yüzbaşov, 13-16 yaşlılarda isə Artem Mikoliuk, Tamerlan Kərimov, Nazim Məlikov ilk “üçlük”də qərarlaşıb.

8-10 yaşlı qızlardan İnci Orman, Rania Hacıyeva, Banu Rəfiyeva, 11-12 yaşlı qızlar arasında Cəmilə Hüseynzadə, Aylin Həsənova, Melissa Məlikova, 13-16 yaşlılarda isə Tansu Qədirli, Nurel Əliyeva və Mədinə Qurbanova mükafatçılar sırasına düşüb.

İdman.biz

Məqalədə: