Cokoviç Nadalı geridə qoyub

Xəbərlər
11 Aprel 2024 21:27
Cokoviç Nadalı geridə qoyub

Novak Cokoviç “Masters” turnirlərində unikal göstəriciyə imza atıb.

İdman.biz xəbər verir ki, serbiyalı tennisçi qələbə faizinə görə Rafael Nadalı geridə qoyub.

Monte-Karlodakı turnirin 1/8 finalında Lorentso Muzettini (İtaliya) məğlub edən Cokoviçin qələbə göstəricisi 82,2 faizə yüksəlib. Bu nəticə Rafael Nadalda 82,1-ə bərabərdir.

“Masters” turnilərində ən yüksə nəticə
Novak Cokoviç (Serbiya) – 82,2%;
Rafael Nadal (İspaniya) – 82,1%;
Roje Federer (İsveçrə) – 77,9%;
Karlos Alkaras (İspaniya) – 76.7%;
Andre Aqassi (ABŞ) – 74,1%

İdman.biz