Dünyanın 3 nömrəsi Monte-Karlodan kənarda

Xəbərlər
9 Aprel 2024 18:28
Dünyanın 3 nömrəsi Monte-Karlodan kənarda

İspaniyalı tennisçi Karlos Alkaras Monte-Karlo turnirindən imtina edib.

İdman.biz xəbər verir ki, dünyanın 3-cü raketka ustası sağ çiynindəki ağrılar üzündən belə addım atıb.

O, qərarı ilə bağlı sosial şəbəkədə paylaşım edib: “Monte-Karloda son anadək çiynimdəki zədənin bərpasına çalışdım. Amma oynamağım mümkün olmadı. Bu yarışı səbirsizliklə gözləyirdim. Növbəti ildə görüşənədək”.

Qeyd edək ki, Monte Karlo Masters turniri dünən start götürüb. Alkaras 2-ci mərhələdə kanadalı Feliks Oje-Alyassimlə qarşılaşmalı idi.

İdman.biz