Rumıniyalı tennisçi əfv olunub

5 Mart 2024 20:41
424
Rumıniyalı tennisçi əfv olunub

Beynəlxalq Arbitraj Məhkəməsi (CAS) rumıniyalı tennisçi Simona Halepin diskvalifikasiya müddəti azaldıb.

İdman.biz xəbər verir ki, onun cəzası 4 ildən 9 aya endirilib.

Halep 2022-ci ilin oktyabrında diskvalifikasiya məruz qalıb. Cəzasını çəkdiyi üçün rumıniyalı tennisçi yarışlara qatıla bilmək hüququ əldə edib.

Simona fevralın 7-9-da Lozannada Ədalətli Tennis Beynəlxalq Agentliyinin (ITIA) 4 illik cəzanın azaldılması üçün izahat verib. O, iclasdan sonra tezliklə yarışlara qatıla biləcəyinə əminliyini vurğulayıb.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında Halepdən götürülən dopinq testin cavabı müsbət olub. Onun qanında “roksadustat” maddəsi aşkarlanıb. Nəticədə rumıniyalı ötən il sentyabrında 4 il diskavilifikasiyaya məruz qalıb.

İdman.biz

Məqalədə: