Nadalın raketkası 118 min avroya satılıb

Xəbərlər
29 Yanvar 2024 18:24
183
Nadalın raketkası 118 min avroya satılıb

Rafael Nadalın Rollan Qarros-2007-nin finalında istifadə etdiyi raketka hərracda satılıb.

İdman.biz xəbər verir ki, ispaniyalı tennisçinin rekatkasına 118 min avro ödənilib.

Nadal həlledici qarşılaşmada isveçrəli həmkarı Roje Federerlə qarşılaşıb və 3:1 (6:3, 4:6, 6:3, 6:4) hesabı ilə qələbə qazanıb. Bu Rafanın “Böyük Dəbilqə” turnirlərində 3-cü uğuru olub. Nadal Fransa açıq çempionatında 14 dəfə (2005, 2006, 2007, 2008, 2010, 2011, 2012, 2013, 2014, 2017, 2018, 2019, 2020, 2022) kuboku sahib çıxıb.

Qeyd edək ki, ispaniyalı tennisçi karyerası ərzində 22 dəfə “Böyük Dəbilqə”də uğur qazanıb. O, 4 dəfə də US Open, 2 dəfə isə Australian Open v Uimbilon Opendə birinci olub.

İdman.biz

Məqalədə: