Qalib yenidən finalda

Xəbərlər
25 Yanvar 2024 19:51
159
Qalib yenidən finalda

"Australian Open"də qadınların yarışında finalçılar müəyyənləşib.

İdman.biz xəbər verir ki, həlledici matçda Arina Sabalenka və Qinven Janq qaşılaşacaqlar.

Turnirin ötənilki qalibi Sabalenka yarımfinalda amerikalı Koko Qaufa qalib gəlib. US-Open-2023-ün qalibi ilə görüşdə belaruslu iki setdə üstün olub. O, 7:5, 6:4 hesabları ilə qalib gəlib.

Digər finalçının adı tennis həvəskarlarına tanış deyil. Çinli Qinven Janq karyerasının ilk böyük finalına vəsiqə qazanıb. 21 yaşlı idmançı yarımfinalda ukraynalı Dayan Yastremskanı məğlub edib (6:4, 6:4).

Qeyd edək ki, final matçı yanvarın 27-də keçiriləcək.

İdman.biz

Məqalədə: