Cokoviç Federeri ötüb, Aqassidən geri qalır

Xəbərlər
21 Yanvar 2024 12:51
413
Cokoviç Federeri ötüb, Aqassidən geri qalır

Serbiyalı tennisçi Novak Cokoviç “Australian Open”in 1/8 finalında Adrian Mannanironu 3:0 hesabı ilə məğlub edib.

İdman.biz xəbər verir ki, setlərin ikisi 6:0 hesabı ilə onun xeyrinə yekunlaşıb.

Cokoviç “Böyük Dəbilqə” turnirlərində 48 setdə rəqiblərinə geym vermədən qələbə qazanıb. O, hesabında 46 belə set olan Roje Federer (İsveçrə) və 47 dəfə quru hesabla qalib gələn Roy Emersonu (Avstraliya) arxada qoyaraq, ikinci pilləyə yüksəlib. İndi Novak yalnız amerikalı Andre Aqassidən (50 qələbə) geri qalır.

Qeyd edək ki, serbiyalı tennisçi ¼ finalda Teylor Fritslə (ABŞ) qarşılaşacaq.

İdman.biz