Futbol dünyasının əfsanəvi siması, dünya çempionu Ronaldo Mayamidə (ABŞ) keçirilən “Masters” turnirinin qonağı olub.
İdman.Biz xəbər verir ki, o, Yannik Sinner (İtaliya) və İrji Leheçka (Çexiya) arasındakı final qarşılaşmasını tribunadan izləyib.
“Fenomen” təkcə kişilərin finalında deyil, qadınların (WTA-1000) yarımfinalında da görünüb. O, dünyanın bir nömrəli raketka ustası Arina Sabalenka (Belarus) ilə Elena Rıbakina (Qazaxıstan) arasındakı gərgin mübarizəni izləyənlər arasında olub.

Ronaldo turnir çərçivəsində maraqlı anlarla da yadda qalıb. Belə ki, o, dünyanın digər ulduz tennisçisi Karlos Alkarasla birgə məşq edib. Braziliyalı ulduz zarafatla bildirib ki, Alkarasın yüksək tempinə dözmək futbol matçından daha çətindir:
“Karlosla oyundan sonra mənə tibbi yardım lazım oldu. Onun sürəti və enerjisi inanılmazdır”.
