Nadal 1 ildən sonra korta dönüb

Xəbərlər
31 Dekabr 2023 15:26
111
Nadal 1 ildən sonra korta dönüb

İspaniyalı tennisçi Rafael Nadal bir illik fasilədən sonra korta dönüb.

İdman.biz xəbər verir ki, o, Brisbendə (Avstraliya) cütlərin yarışında mübarizə aparıb.

Həmyerlisi Mark Lopeslə eyni cütdə yarışan Nadalın dönüşü uğursuz alınıb. İspan dueti yerli tennisçilər Cordan Tomposon/Maks Pörsellə 4:6, 4:6 hesabla məğlub olublar.

Nadalın fərdi yarışlarda ilk rəqibi bəlli olub. O, Avstriya tennisçisi Dominik Timlə mübarizə aparacaq.

Qeyd edək ki, “Böyük Dəbilqə” turnirlərinin 22 qat qalibi Nadal bir neçə həftə sonra start götürəcək “Australian Open”də yarışacaq.

İdman.biz