Lerner Tien AТР-nin gənclər turnirinin qalibi olub

Xəbərlər
22 Dekabr 2025 00:15
31
Lerner Tien AТР-nin gənclər turnirinin qalibi olub

Amerikalı tennisçi Lerner Tien Peşəkar Tennisçilər Assosiasiyasının (AТР) gənclər üzrə Yekun turniri - 2025-in qalibi olub. Turnir Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib.

İdman.Biz xəbər verir ki, dünya reytinqində 28-ci pillədə qərarlaşan Tien finalda belçikalı Aleksandr Bloks üzərində üç setdə qələbə qazanıb - 4:3, 4:2, 4:1.

Qarşılaşma 58 dəqiqə davam edib. Matç ərzində Lerner Tien bir eys (servisin birbaşa xal gətirməsi) yerinə yetirib, bir ikiqat səhvə yol verib və 4 breyk-poyntdan 2-sini reallaşdırıb. Aleksandr Bloks isə 7 eys vurub, bir ikiqat səhv edib, lakin breyk-poynt qazana bilməyib.

Ötən il bu turnirin qalibi braziliyalı Joa Fonseka olmuşdu.

İdman.Biz