Alkaras və Ferrero arasındakı qalmaqal 7 illik əməkdaşlığa son qoyub

Xəbərlər
18 Dekabr 2025 08:19
47
Alkaras və Ferrero arasındakı qalmaqal 7 illik əməkdaşlığa son qoyub

Dünya reytinqinin birinci pilləsindəki ispaniyalı Karlos Alkaras və onun məşqçisi Xuan Karlos Ferrero arasında fikir ayrılığı yaranıb.

İdman.Biz RNE Deportes-ə istinadla xəbər verir ki, fikir ayrılığı gələn il üçün müqavilənin təfərrüatları ilə bağlı tərəflər arasında aparılan danışıqlar zamanı meydana çıxıb.

Mənbə bildirib ki, münaqişə iki gün əvvəl yaranıb.

Alkaras əvvəllər sosial mediada Ferrero ilə tərəfdaşlığına son qoyduğunu açıqlamışdı. İdmançı və məşqçi 2018-ci ildən bəri birlikdə çalışırdılar. Bu müddət ərzində Alkaras altı “Böyük Dəbilqə” titulu da daxil olmaqla 24 ATP turnirində qalib gəlib.

Bir neçə gün əvvəl Xuan Karlos və 22 yaşlı ispan tennisçinin həmməşqçisi Samuel Lopes ATP-nin 2025-ci il mövsümü üçün ən yaxşı məşqçiləri seçiliblər.

İdman.Biz