Rafael Nadalın fanatları “ayağa qalxdılar”: “Saç əkdirməyin vaxtıdır” - FOTO

Xəbərlər
9 Oktyabr 2025 15:29
36
Rafael Nadalın fanatları “ayağa qalxdılar”: “Saç əkdirməyin vaxtıdır” - FOTO

Tennis azarkeşləri 22 qat “Böyük Dəbilqə” turnirinin qalibi Rafael Nadalı internetdə yayılan bir fotodan sonra saç əkdirməyə çağırıblar.

İdman.Biz “Daily Mail” istinadən xəbər verir ki, həmin şəkildə idmançı gənc tennisçi ilə birlikdə poza verib.

Azarkeşlər Nadalın hər il saçlarının azalmasından narahat olduqlarını bildiriblər. Sosial şəbəkə istifadəçiləri ona Türkiyədə saç əkdirmə əməliyyatı etdirməyi məsləhət görüblər.

“Həyatın müəyyən məqamında sadəcə Türkiyəyə bilet almaq və ya saçını qırxmaq lazımdır”, “Aqassinin saç düzümü yoldadır”, “Saç əkdirməyin vaxtıdır” deyə sosial şəbəkə istifadəçiləri ona rəy yazıblar.

Qeyd edəki, 39 yaşlı Nadal saçlarının bərpası üçün 2016-cı ildə müalicə alıb. Qeyri-rəsmi məlumatlara əsasən, o, 2022-ci ildə bu proseduru yenidən təkrarlayıb.

Tennis azarkeşləri 22 qat “Böyük Dəbilqə” turnirinin qalibi Rafael Nadalı internetdə yayılan bir fotodan sonra saç əkdirməyə çağırıblar. Həmin şəkildə idmançı gənc tennisçi ilə birlikdə poza verib.

İdman.Biz

Məqalədə: