Fransalı tennisçi Yaroslava Bartaşeviç Bakı Tennis Akademiyasında keçirilən "Baku Cup" turnirinin qalibi olub.
İdman.biz-in məlumatına görə, o, finalda neytral statusda çıxış edən yarışın birinci raketkasi Polina Leykinanı üstələyib. Birinci setdə 7:5 hesabı ilə qalib gələn Bartaşeviç ikinci setdə də rəqibini iki oyun fərqi ilə məğlub edib - 6:4.
Qeyd edək ki, Bartaşeviç Bakı kubokunda reytinqdə beşinci olub.
Nicat Zəkiyev
İdman.biz