Sentyabrın 6-da Azərbaycan Taekvondo Federasiyası (ATF) və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək “Koreya səfiri kuboku”nda iştirak edəcək taekvondoçuların sayı açıqlanıb.
İdman.biz xəbər verir ki, turnirdə 35 klubdan 145 idmançı iştirak edəcək.
Yarışda 2008, 2009 və 2010-cu il təvəllüdlü gənc oğlanlar (48 kq, 55 kq, 63 kq, 73 kq, +73 kq) və qızlar (44 kq, 49 kq, 55 kq, 63 kq, +63 kq) olimpiya çəki dərəcələri üzrə mübarizə aparacaqlar.
Qeyd edək ki, turnir Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda təşkil olunacaq.
İdman.biz