Gənc taekvondoçuların hazırlığı start götürüb - FOTO

Xəbərlər
23 May 2025 18:57
40
Gənc taekvondoçuların hazırlığı start götürüb - FOTO

Taekvondo üzrə gənclərdən ibarət yığma komandamızın təlim-məşq toplanışı start götürüb.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat açıqlanıb.

Hazırlıqlar millinin baş məşqçisi Rəşad Məmmədov, məşqçilər Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında keçirilir. Təlim-məşqlərin keçirilməsində məqsəd iyulun 20-26-də Şimali Makedoniyanın paytaxtı Skopye və Xorvatiyanın Osijek şəhərlərində keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.

İdman.biz